Hipertoniya
Ana səhifə Xidmətlərimiz Klinik kardiologiya Xəstəliklər Hipertoniya
Hipertoniya

Hipertoniya


Ürək hər dəfə döyünəndə qanı damarlara ötürür. Bu zaman qanın ötürülmə gücü hesabına qan damarlara bəlli təzyiq göstərir. Buna qan təzyiq deyirik. İki cür qan təzyiqi vardır. Sistolik - yəni ürək yığılan anda olan təzyiq və Diastolik - yəni ürəyin boşalma fazasında olan təzyiq. Qan təzyiqinin normal hədləri Amerika Ürək Assosasiyası tərəfindən son illər 130/80 mm.hg.süt qəbul edilmişdir. 130/80-dən yuxarı Hipertoniya başlanğıc faza hesab olunur.
Hipertoniya nədir?
Hipertoniya müntəzəm olaraq qan təzyiqinin normal hüdudlardan yuxarı olması ilə gedən xəstəlikdir. Bütün dünyada ortalama 1,5 milyard insanda bu xəstəlik vardır. Bu xəstələrin 1/3-i müalicə alır,1/3-i müalicəsizdir,1/3-i müalicə alsada təzyiqi kontrol edə bilmirlər. Hipertoniyanın yaranmasında bir sıra risk faktorları vardır.
* Ailəsində hipertoniya olanlar, qadınlarda menapauza sonrası, siqaret, alkoqol, artıq çəki, az hərəkətlilik, şəkərli diabet, böyrək xəstəlikləri, duzlu qidaların çox qəbul edilməsi, stress və s hipertoniyanın əsas risk faktorlarıdır. Bəzi hipertoniyaların konkret səbəbi olmur, buna essensial hipertoniya deyillər.
Əsas əlamətlər nələrdir?
  • Baş ağrıları,xüsusilə gicgah və ənsə ağrıları
  • Baş gicəllənmə, gözlərdə qaralma, ürək çırpınma
  • Bəzən burun qanaması, qulaqlarda küy, ürək bulanma, qusma və s.

Hipertoniya müəyyən olunduqdan sonra ilk olaraq həyat tərzi, pəhriz və dərman müalicəsi ilə kontrola götürülür. Ümumiyyətlə, müalicə olunmayan hipertoniya gələcəkdə bir sıra ağırlaşmalar infark, beyin qanaması (insult), böyrək və göz zədələnmələri yarada bilər. Bundan başqa, hipertoniyanın digər müalicə üsulları vardır. Belə ki, böyrək arteriyası darlığı səbəbindən meydana çıxan hipertoniyalarda birdən-birə təzyiqin yüksəlməsi baş verir. Bu vəziyyətlərdə dərmanlar çox da kömək etmir. Burada əsas çıxış yolu böyrək arteriyasında darlığı aradan qaldırmaqdır. Bunun üçün renal angioqrafiya və renal angioplastika (balon və stent)proseduru aparılır. Bundan başqa, kontrolsuz hipertoniya dediyimiz xəstələr olur ki, onlar ən azı 3-qrup təzyiq dərmanları qəbul edirlər. Lakin təzyiq enməsi qısa zaman əldə olunur. Yenidən təzyiq yüksəlir. Kontrolsuz və ya inadkar hipertoniya xəstələrində mərkəzimizdə Renal Denervasiya əməliyyatı icra olunmaqdadır. Bu əməliyyatı ilk dəfə ölkəmizdə 2012-ci ildə bizim komandamız icra etmişdir. Əməliyyat etdiyimiz xəstələrin nəticələrini dünya Hipertoniya konqresində məruzə etmişik. Renal Denervasiya əməliyyatı taktika olaraq bud arteriyasından keçərək böyrək arteriya divarında sinir liflərinin radiofrekans ablasiya olunmasına əsaslanır. Bu zaman əksər xəstələrdə inadkar yüksək təzəyiqlə bağlı yaxşı nəticələr əldə olunur.

Copyright © 2020 | Bütün hüquqları qorunur | Site by "OKmedia"