EKQ
Ana səhifə Xidmətlərimiz Klinik kardiologiya Müayinələr EKQ
EKQ

EKQ


EKQ - elektrokardioqramma müayinəsi ürəkdə bioloji potensialı ölçür və onu qeydə alır ki, bu üsulla ürəyin fəaliyyəti ilkin olaraq qiymətləndirilir. EKQ bütün hallarda ürəklə bağlı aparılan müayinələrin əvvəlində gəlir. Çünki EKQ ürəkdə ritm problemləri, əzələ qalınlaşması, qidalanma pozulması, infarkt, stenokardiya və başqa problemlər haqqında ilkin informasiya verir. Ürəyin planlı və təcili müayinələrində ilk olaraq EKQ çəkilir. Lakin EKQ bəzi problemlərin aşkarlanmasında net informasiya vermədiyindən ona tam istinad etmək olmur. Məsэlən, bəzi koronar problemlərdə EKQ normal olsa da, angioqrafiya müayinəsində ciddi damar problemləri aşkar oluna bilər.

Copyright © 2020 | Bütün hüquqları qorunur | Site by "OKmedia"