Artıq çəki
Ana səhifə Xidmətlərimiz Preventiv (profilaktik) kardiologiya Artıq çəki
Artıq çəki

Artıq çəki


Artıq çəki və piylənmə bu gün bütün dünyada ən aktual məsələdir. Bir çox xəstəliklərin, o cümlədən ürək-damar xəstəliklərinin yaranmasında əsas risk faktorlarından biri məhz artıq çəki problemidir. İlk növbədə onu deyək ki, artıq çəki olan zamanı ürəyin iş yükü artır. Bundan başqa, artıq çəkili insanlarda insulin dirənci, diabet, damar divarı zədələnmələri ehtimalı çox yüksəkdir. Digər tərəfdən artıq çəkili insanlar daha az hərəkət edirlər ki, bu da ürək xəstəlikləri risk faktoru sayılır. Artıq çəki həmçinin hipertoniya xəstəliyinin inkişafına təkan verir. Ürək xəstəliklərindən xüsusilə də infarkt yaranmasında risk faktorları zəncirində artıq çəkinin rolu vardır. Ona görə də ürək sağlamlığı üçün, həmçinin ürək əməliyyatı olan xəstələr artıq çəkidən azad olmaları çox önəmlidir. Bunun üçün ilk növbədə sağlam qidalanma, düzgün həyat tərzi, idman çox önəmlidir. Dirənişli artıq çəki, yəni insanın özünün kontrol edə bilmədiyi artıq çəki problemlərində müvafiq ixtisaslı həkimdən yardım alınmalıdır.

Copyright © 2020 | Bütün hüquqları qorunur | Site by "OKmedia"